DİA.AZ: - İsmayıllı rayonunda sakinlər yerli məmurlardan şikayətçi düşüblər. Belə ki, vətəndaşlara problem yaradan "Azəriqaz" İstehsalat Birliyinin yerli təşkilatının sədri Ruslan Əhməd oğlu Bünyadovdur.
DİA.AZ-ın məlumatına görə, sakinlər ondan giley edirlər və bildirirlər ki, məhz bir neçə gün əvvəl vəzifəyə təyin olunan Ruslan Bünyadov kütləvi şəkildə əhalinin qazını kəsməklə məşğuldur ki, bu da rayona total narazılığa səbəb olmaqdadır.
Vətəndaşlar bildirir ki, Ali Məhkəmənin sədrinin qohumu olan cənab Bünyadovun bu addımı açıq şəkildə yerli sakinlərə qarşı akt kimi dəyərləndirilir.
Daha ətraflı aşağıdalı videoda:
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...